TR

Erməni müxalifətindən Paşinyana hücum: “7 iyunda Azərbaycanın adamını devirməliyik”

Ermənistanda parlament seçkiləri ərəfəsində müxalifətin hakimiyyətə qarşı çıxışları sərtləşib.

Musavat.com xəbər verir ki, İrəvandakı Azadlıq meydanında keçirilən böyük mitinqdə "Ermənistan" blokunun deputatı və deputatlığa namizədi Anna Qriqoryan bildirib ki, iyunun 7-si təkcə seçki günü deyil, həm də hakimiyyət dəyişikliyi günü olacaq.

Onun sözlərinə görə, 2026-cı il seçkiləri Ermənistan üçün taleyüklü əhəmiyyət daşıyır. Qriqoryan seçiciləri səsvermədə iştirak etməyə çağıraraq "hərbi əsirlərin" (cinayətkarların) geri qaytarılması, siyasi məhbusların azad olunması, geniş amnistiyanın keçirilməsi və təhsilin pulsuz olması vədlərini səsləndirib.

Mitinqdə çıxış edən Ermənistan blokunun digər nümayəndəsi, deputatlığa namizəd İşxan Saqatelyan isə iyunun 7-də Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına çağırıb.

O bildirib ki, Vətəndaş Müqaviləsi Partiyası iyunun 7-də tarixin zibilliyinə göndərilməlidir. Saqatelyan həmçinin Paşinyana verilən səsin Azərbaycanın adamına verilən səs olacağını bildirib.

Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr