TR

BƏƏ İran obyektlərinə onlarla aviazərbə endiribmiş...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Birləşmiş Ərəb Əmirlikləri Amerika-İsrail hərbi əməliyyatının ilk günlərində, eləcə də apreldə atəşkəs elan edildikdən sonra İrandakı hədəflərə onlarla aviazərbə endirib. BƏƏ Hərbi Hava Qüvvələri İrana zərbələrin endirilməsində əvvəl açıqlanandan daha böyük rol oynayıb.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti mənbələrə istinadən yazıb.

Bildirilib ki, İsrail və ABŞ müxtəlif İran obyektlərinə aviazərbələrin endirilməsi üçün BƏƏ-yə operativ kəşfiyyat məlumatları təqdim edib.

Bildirilir ki, zərbələr əsasən Hörmüz boğazındakı Qeşm və Əbu-Musa adalarına, Bəndər-Abbas liman şəhərinə, Lavan adasındakı neft emalı zavoduna və Fars körfəzi sahilində yerləşən Əsəluye neft-kimya kompleksinə yönəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
axar.az

1Mənbələr