TR

ABŞ da gəmiqayırma zavodunda partlayış Yaralılar var

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin Nyu-York ştatında yerləşən Staten adasındakı gəmiqayırma zavodunda baş verən yanğın və ardınca qeydə alınan partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yanğının söndürülməsi zamanı baş verən partlayışla daha da genişlənib.

Məlumata əsasən, yaralanan şəxslərdən üçünün vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən və təcili yardım əməkdaşı cəlb olunub. Ərazidə yanğının tam söndürülməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda yanğın və partlayışın dəqiq səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
8
qafqazinfo.az

10Mənbələr