TR

Bred Pittin sevgilisi ilə çəkdirdiyi fotolar müzakirələrə səbəb oldu

Amerikalı aktyor Bred Pitt sevgilisi, zinət əşyaları dizayneri İnes de Ramon ilə birlikdə Los-Ancelesdə "Mercedes"in təqdimat mərasimində iştirak edib.

Publika.az xəbər verir ki, cütlüyün mərasimdə lentə alınan görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

62 yaşlı aktyor tədbirdə tünd boz kostyum, ağ köynək və şəffaf linzalı "aviator" eynəkdə görünüb. 33 yaşlı İnes de Ramon isə qırmızı, dar və çiyin hissəsi açıq libasla poza verib.

"Döyüş klubu" və "Troya" filmlərinin ulduzunun xarici görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəzi izləyicilər aktyorun üz cizgilərinin ciddi şəkildə dəyişdiyini iddia edərək, "Üzünə nə olub?", "Bu, Bred Pittin süni intellekt tərəfindən yaradılmış kopyasıdır", "Çox pis qocalıb", "Üzündə qəribə bir ifadə var" kimi şərhlər yazıblar.

Digər tərəfdən, aktyorun cazibədar olduğunu vurğulayanlar da az olmayıb. İzləyicilərin bir qismi, "Çox yaxşı qocalır, ümid edirəm plastik əməliyyatlara əl atmaz", "Hələ də dünyanın ən yaraşıqlı kişisidir", "Yaxşı şərab kimi yaşa dolur" deyərək ona dəstək olublar.

Seçilən
14
publika.az

1Mənbələr