TR

Dünyanın ilk “Pokemon” dizaynlı hava limanı açılır Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaponiyada dünyanın ilk “Pokemon” dizaynlı hava limanı fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, “Noto Satoyama” hava limanı iyulun 7-dən etibarən “Noto Satoyama Pokemon With You Airport” adı ilə yenidən fəaliyyət göstərəcək.

Tokiodakı Haneda Beynəlxalq Hava Limanına daxili uçuşlar həyata keçirən hava limanı tamamilə “Pokemon” üslubunda dizayn edilib.

Hava limanının dörd mərtəbəsində “Pokemon” personajları ilə bağlı dekorasiyalar, divar rəsmləri və xüsusi dizayn elementləri yerləşdirilib. Atriumda “Pikaçu” heykəli quraşdırılıb, müxtəlif sütun və məlumat lövhələri isə məşhur oyun seriyasının qəhrəmanları ilə bəzədilib.

Layihənin əsas məqsədlərindən biri 2024-cü ildə Noto yarımadasında baş verən güclü zəlzələdən zərər çəkən uşaqlara və bölgə sakinlərinə mənəvi dəstək verməkdir. Yerli hakimiyyət orqanları hava limanının həm turistləri cəlb edəcəyini, həm də bölgəyə müsbət atmosfer qazandıracağını düşünür.

Hava limanında fəaliyyət göstərəcək restoranlarda “Pokemon” üslublu blinçik və içkilər təqdim olunacaq. Bundan əlavə, sərnişinlər xüsusi suvenirlər, geyimlər və aksesuarlar əldə edə biləcəklər.

Xüsusi dizaynın 30 sentyabr 2029-cu ilə qədər qorunacağı açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
qafqazinfo.az

2Mənbələr