Bakı. Trend:
Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti DeniSassu Nqessoya təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Konqo Respublikasının milli bayramı – Müstəqillik Günümünasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan vəAzərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımıçatdırıram.
Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikasıməmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimizarasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkanvermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmişPrezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizəsahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.
İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərinxalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasındainkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkilediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davametdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıqarzulayıram".