RU

Su quyusuna düşən ata və qızın meyitləri çıxarıldı -Yenilənib

   Cəlilabadda gənc qız su quyusuna düşüb.Avropa.info Qafqazinfo-ya istinadən xəbər verir ki,hadisə rayonun Moranlı kəndində qeydə alınıb.Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı ehtiyatsızlıqdan su quyusuna düşüb.Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerindədir. Onun düşdüyü quyunun 15 metr dərinliyində olması xilasını çətinləşdirir.***N.Məmmədovanın su quyusuna tək düşmədiyi məlum olub. Onun atası Həsənağa Məmmədovun meyiti su quyusundan çıxarılıb. Qızın axtarışları isə davam etdirilir.  ***Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır

Избранный
156
16
avropa.info

10Источники