RU

İspaniya La Liqası: “Real Madrid” “Valensiya”nı böyük hesabla məğlub edib

İspaniya

Bakı, 12 noyabr, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında 13-cü turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün maraqla gözlənilən oyunlarından biri “Real Madrid” ilə “Valensiya” arasında olub.

Oyunda “Kral klubu” rəqibini 5:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran Karlo Ancelottinin yetirmələri ikinci pillədəki mövqelərini qoruyublar. “Valensiya” isə 18 xalla 9-cu pillədə qərarlaşıb.

Turnir cədvəlinə isə 34 xalla “Jirona” başçılıq edir.

Избранный
1108
4
azertag.az

10Источники