RU

İran generalı Moskvaya səfər etdi

İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib. Ona “Hatəm əl-Ənbiya” bazasının mərkəzi qərargahının koordinator müavini, briqada generalı Əli Şademani rəhbərlik edib.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bildirilib ki, nümayəndə heyəti Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunun açılış mərasimində iştirak etmək üçün Moskvaya gəlib. Səfər çərçivəsində Şademani Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, həmçinin “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda təqdim olunan ən son hərbi texnologiyalarla tanış olacaq.

Bundan əlavə, briqada generalı digər ölkələrin yüksək rütbəli hərbi nümayəndə heyətləri ilə də görüşlər və məsləhətləşmələr keçirəcək.

Избранный
230
2
buta.tv

10Источники