RU

Federal Təhqiqatlar Bürosu Nyu-York merinin mobil telefonlarını müsadirə edib

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Nyu-York meri Erik Adamsın mobil telefonlarını və iPad-lərini müsadirə ediblər.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə New York Times məlumat yayıb.

 

Nəşrin məlumatına görə, FTB əməkdaşları küçədə şəhər rəhbərinə yaxınlaşaraq ondan ən azı iki mobil telefon və bir iPad müsadirə ediblər.

 

"Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı kimi mən bütün əməkdaşlarımdan qanuna əməl etmələrini və istintaqla tam əməkdaşlıq etmələrini gözləyirəm", deyə  Adams bildirib.

Bundan əvvəl təhlükəsizlik qüvvələri Adamsın 2021-ci il seçki kampaniyası üçün vəsait toplayan Brianna Suggsın evində axtarış aparıb. Adams Türkiyə hakimiyyət orqanları da daxil olmaqla, qanunsuz ianələr almaqda şübhəli bilinir.

Sentyabr ayında ABŞ miqrantlarla bağlı açıqlamalarına görə Nyu-York merini “qara Tramp” adlandırmışdı.

Adams əvvəllər demişdi ki, miqrantların şəhərə axını məhəllələrin dağılmasına, eləcə də resursların daha da tükənməsinə səbəb ola bilər.

Bundan əvvəl məlum olmuşdu ki, Nyu-York meri Adamsın evdə siçovulların kütləvi yetişdirilməsinə görə mühakimə olunur.

 

Müəllif:Afət

 

Избранный
710
8
oxu24.com

10Источники