RU

Bu ərazilərin bir hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

Yasamal rayonunun Həsən bəy Zərdabi prospekti 47 və 75 ünvanlarında, Qaradağ rayonunun isə Ümid qəsəbəsində yeni çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən Olaylar-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi və Mətbuat prospektlərinin, eləcə də Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin bir hissəsinin, Qaradağ rayonunun isə Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
233
38
olaylar.az

10Источники