RU

Masallı sakini tüfənglə özünə xəsarət yetirib

Masallı rayonu Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Избранный
465
13
avtosfer.az

10Источники