Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
Publika.az xəbər verir ki, Argentina millisinin və “İnter Mayami”nin 36 yaşlı hücumçusu belə cavab verib:
“Dünya çempionatı vaxtı mənim neçə yaşım olacağını nəzərə alsaq, bu, çətin görünür. Amma yaşayıb görəcəyik”.
Qeyd edək ki, Messinin kapitanı olduğu Argentina millisi Qətərdə keçirilən DÇ-2022-nin qalibi olub.