Qazaxıstanın Baş naziri Əlixan Smailov Çində işgüzar səfərdədir.“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.“Dövlət başçısının tapşırığına əsasən, Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov ÇXR-ə işgüzar səfərə gedib. Əlixan Smailovun ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə aparılacaq danışıqlar zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır”, – məlumatda bildirilir.Qeyd edək ki, Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта