RU

"Yuventus" müdafiəçi transfer edib

İtaliyanın "Verona" klubunun müdafiəçisi Xuan Kabal A Seriyasının digər komandası "Yuventus"a transfer olunub.

23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turin şəhərinə yollanıb.

"Yuventus" kolumbiyalı futbolçunun transferi üçün 10 milyon avro ödəyəcək. Anlaşmaya əsasən "Verona" bonus olaraq daha 2 milyon avro qazanacaq.

Qeyd edək ki, 2022-ci ildən "Verona" klubunun formasını geyinən X.Kabal bu müddət ərzində 33 oyunda meydana çıxıb.

Избранный
547
10
azerforum.com

10Источники