RU

Azərbaycan futbolunda qalmaqal - Hakimlər meydandan qaçdı

Bu gün Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

AZXEBER.COM sportinfo.az-a istinadən xəbər verir ki, Hadisə II Liqanın \"Göygöl\" - \"Şəki Siti\" qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları \"fit sahibləri\"nə təzyiq göstərib.
Избранный
639
9
azxeber.com

9Источники