RU

Minimum əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - 345 manat OLACAQ?

Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur.
 
Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda minimum əməkhaqqı alanlarla yanaşı, ondan aşağı məbləğdə maaş alanlar da var. 
Həmçinin, muzdlu işçilərin təxminən 40 faizinin orta yalıq əməkhaqqının elə minimum əməkhaqqına bərabər olduğu qeyd edilib. Burada bir neçə məqam var, bəzi şirkətlər aylıq əməkhaqqını minimum göstərməklə vergidən yayınırlar.
 
Amma dövlət büdcəsindən maliyyələşən, xəstəxana və təhsil müəssisələrində çalışan texniki işçilərin aylıq əməkhaqqı 345 manatdır. Növbəti ildə inflyasiyanı da nəzərə alsaq minimum əməkhaqqının artırılmaması həmin şəxsləri çətin duruma sala bilər. 
 
Maraqlıdır, minimum əməkhaqqının artırılmaması digər maaşların artımına da öz təsirini göstərəcək?
 
Mövzu ilə bağlı danışan iqtisadçı- ekspert Fuad İbrahimov hesab edir ki, minimum əməkhaqqının məbləği artırılacaq:
 
“Bu, hələ qərar deyil. Düşünmürəm ki, minimum əməkhaqqı artırılmayacaq. Nəzərə almaq lazımdır ki, bu il də inflyasiya var. Hər il olduğu kimi, bu il əməkhaqqının məbləğinə baxılır və artım gedir. Bu baxımdan bu, hələ əsas deyil. 
 
Məncə, məsələ baxılmamış saxlanılır. Əlbəttə, belə olduqda maaşların da artımı sual altındadır. Ölkə rəhbərinin çıxışında da, gələn ilin büdcəsində sosial yönümlü layihələrin, cüzdanın artırılması nəzərdə tutulur. 
 
Bunun tərkib hissəsində mütləq minimum əməkhaqqına da baxılmalıdır. Həmçinin, digər maaş və təqaüdlərin artırılması, indeksasiya olunması nəzərdə tutulub. Yəni, bu, əsas deyil”. 

Cebhe.info
Избранный
981
26
oxu.az

10Источники