RU

Mahaçqala hava limanı bu tarixdə açılacaq

Federal Hava Nəqliyyatı Agentliyi Mahaçqala hava limanının oktyabrın 31-də yenidən açılacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.

Bildirilib ki, Mahaçqala hava limanında vəziyyətin sabitləşməsi ilə əlaqədar hava limanının qəbul üçün müvəqqəti bağlanması müddəti 31 oktyabr 2023-cü il Moskva vaxtı ilə saat 02.59-a qədər şərti olaraq davam edəcək.

Aeroportun açılışı yalnız aerovağzal, aerodrom və ətraf ərazinin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli yoxlanılmasından sonra baş verəcək.

Избранный
166
2
publika.az

2Источники