RU

Mahir Emreli Zaqreb derbisində əzmkar qələbəyə sevindi - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 13-cü turu çərçivəsində Zaqrebin digər təmsilçisi “Lokomotiva” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun qələbəsi ilə başa çatıb – 2:1. 4-cü dəqiqədə məğlub duruma düşən futbolçumuzun komandası 90+4 və 90+7-ci dəqiqələrdə vurduğu qollarla əzmkar qələbəyə sevinib.

Mahir bu matçın 58-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 3 qol vurub, 3 məhsuldar ötürmə etmiş Emreli bu dəfə komandasına kömək edə bilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 13 turdan sonra 22 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 41 matça çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.

Избранный
799
2
arena.az

10Источники