RU

Dəhşətli qasırğa - 3 nəfər öldü

Leninqrad vilayətində ötən gecə qasırğa zamanı 3 nəfər ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsinin şəhər və rayon üzrə istintaq idarələrinin mətbuat xidmətləri məlumat yayıb.

“İyulun 2-də səhər saatlarında Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novoye Toksovo kəndində kotteclərin inşasında işləyən 26 yaşlı Tacikistan vətəndaşının meyiti aşkar edilib”, - məlumatda qeyd olunub.

Bundan başqa, ötən gecə bir nəfərin öldüyü barədə məlumat verilib.

İyulun 1-də axşam Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində güclü leysan yağıb, şimşək çaxıb, bəzi yerlərdə dolu düşüb, küləyin sürəti 22-27 m/s-dək güclənib.

Избранный
403
6
azerforum.com

2Источники