RU

Cənubi Qafqazın ən böyük siyasi partiyası FOTOLAR

“Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib.” Bu səmimi fikirləri YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev rayonun Ürgə kəndində partiya fəalları ilə yanaşı bitərəflərin, kəndin ağsaqqallar və ziyalılarin iştirak etdiyi görüşdə deyib.Natiq daha sonra deyib: Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. İstər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir. Təşkilat sədri gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Böyük Qayıdış adlandırdığımız milli vəzifənin yerinə yetirilməsi, ordu quruculuğu işinin davam etdirilməsi, bütün sahələrdə islahatların dərinləşdirilməsi və şəffaflığın daha da artırılması kimi məsələlərə də toxunub.Görüşdə İ. Əmənullayev partiya üzvlərinin verdiyi sualları cavablandırıb, irəli sürülən təklif və problemlər qeydə alınıb.Zəfər Orucoğlu,Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
612
14
sesqazeti.az

10Источники