RU

"Leverkuzen"in oyunçusu "Qarabağ"a azarkeşlik edəcək - FOTO

Məlum olduğu kimi, bu gün Almaniyanın Leverkuzen şəhərində "Qarabağ" furbol klubu "Bayer 04 Leverkuzen"lə qarşılaşacaq.

Bu oyunu yalnız "Qarabağ" azarkeşləri deyil, dünya azərbaycanlıları, o cümlədən Almaniyada yaşayan həmvətənlərimiz də böyük həyəcan və səbirsizliklə gözləyir. Onlardan biri - Leverkuzendə yaşayan və peşəkar futbolla məşğul olan yeniyetmə həmyerlimiz Əli Babalıdır.

Əli 2017-ci ildən ailəsi ilə birlikdə Almaniyada yaşayır. 2018-ci ildən isə Leverkuzen şəhərinin "SC Leverkusen" futbol klubunda oynayır. Hazırda o, klubun 14 yaşlılardan ibarət komandasının 1-ci heyətində sol cinah yarımmüdafiəçisidir. Onun "Bayer 04 Leverkuzen" - "Qarabağ" qarşılaşmasından gözləntisi böyükdür. Əli "Qarabağ"ı dəstəkləyir. Ancaq o, oyunun bir o qədər də asan keçməyəcəyini təxmin edir. Çünki hər iki komanda qrup mərhələsində məğlub olmayıblar:


Əli Babalı oyunla bağlı gözləntilərini AzerForum.Com -la bölüşüb:

"Leverkuzendə yaşayır və burada futbolla məşğul oluram, ancaq "Qarabağ"ın oyunu qazanması mənimçün çox qürurverici olar. Düşünürəm ki, bu, mənə komanda yoldaşlarım arasında da başucalığı gətirər. Daxili çempionatda Leverkuzenə azarkeşlik etsəm də, bu oyunda mən "Qarabağ"ı dəstəkləyirəm. Çünki Azərbaycan çempionatında da mənim favorim məhz "Qarabağ"dır. Onu da vurğulayım ki, oyunu dostlarım və ailəmlə birlikdə stadionda canlı izləyəcəm. Bu, həm çox həyəcanlı, həm də qürurvericidir. Mən "Qarabağ"a qarşıdan gələn oyunda uğur və qələbə arzulayıram. İrəli "Qarabağ!""

Biz də öz növbəmizdə Əliyə futbol karyerasında uğurlar diləyirik.



Zaur
BakuPost
Избранный
544
2
bakupost.az

10Источники