RU

Tramp Bayden administrasiyasını faşist adlandırıb

Tramp Bayden administrasiyasını faşist adlandırıb




ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın hazırkı lideri Co Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə “faşist rejim” adlandırıb.Viskonsin ştatında tərəfdarları qarşısında çıxış edən Tramp deyib ki, Baydenin qeyri-qanuni mühacirlərə amnistiya elan etməsi birbaşa Amerika demokratiyasına hücumdur və hazırkı prezidentin konstitusiya sistemini məhv edərək onu korrupsioner və faşist rejimlə əvəz etməsinin başqa bir nümunəsidir. “Bunlar faşistlərdir. Bunlar pis insanlardır”, - deyə siyasətçi əlavə edib.İyunun 15-də ABŞ administrasiyasının ölkədə lazımi sənədlər olmadan yaşayan yüz minlərlə miqrantlara hüquqi status verməyi planlaşdırdığı bildirilir.Mənbə: CNN Türk

Избранный
79
10
patrul.az

10Источники