Filippin sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri təxminən 498 min insanın yaşadığı Sarangani şəhərindən 179 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağının dərinliyi Yerin 33 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: AZƏRTAC