RU

Azərbaycanda uşağa verilən ad müzakirələrə səbəb oldu

Bakı.Trend:

“Son dövrlərdə Əminə adını “Aminə”, Mehdi adını “Məhdi”, Əzizi“Aziz” kimi yazdırmaq üçün müraciətlər olub. Dilimizdə vahidformada Əziz adı var və bu normalara uyğun olaraq adlar verilir.Bizə hər gün qəribə adlarla bağlı müraciət edirlər. Ən çox addəyişmə problemdir. Elə olur ki, valideynlər tərəfindən həddindənartıq gülüş doğuran adlar verilir. Bəzən də əzizləmə ifadə edənadlar verilir. Məsələn, uşağa “Seva”, “Cana”, “Nəmuşka”yazdırırlar. Uşaq müraciət edib adını dəyişdirir”.

Trend xəbər verir ki, bunu Nazirlər Kabineti yanındaTerminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilikİnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib.

“Adların verilməsində valideynlər həddindən artıq düşünməlidir.Adlar aydın, sadə, dəqiq olmalıdır. Elə adlar var ki, onlar gülüşdoğurur, uşaqların gələcəyinə, taleyinə mənfi təsir edirsə onlarınqarşısı alınır. Məsələn, son dövrlərdə qeydiyyat idarələrinəuşaqlara Vıva, Azka kimi adların qoyulması ilə bağlı müraciətolunub.

Cani, Cinayətkar, Samovar kimi adlar vaxtilə qoyulub. Belə adlarqoyulan gənclər 18 yaşa çatandan sonra qeydiyyat idarələrinəadlarının dəyişilməsi ilə bağlı müraciət edirlər. Buna görə də oadların əksəriyyəti Azərbaycan dilinin adlar sistemindən xoşagəlməzadlar kimi çıxarılıb. Hər bir valideyn ad qoyan zaman düşünməlidir.Təəssüf ki, belə hallar indi də baş verir. Bəzi valideynlərbaxdıqları filmdəki adı təklif edirlər. Azərbaycan dilinin özqanunları var, bu qaydalar əsasında ədəbi dil normalarına uyğunolaraq bu adlar yazılır”, - deyə Sayalı Sadıqova bildirib.

Избранный
482
7
az.trend.az

8Источники