RU

İngiltərəli futbolçular Qriliş və Maquayr AVRO-2024-dən kənarda

Bakı. Trend:

İngiltərə millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 7 futbolçunukomandadan kənarda qoyub.

O, Ceyms Trafford, Harri Maquayr, Carrad Brantveyt, CarellKuansa, Kurtis Cons, Ceyms Maddison və Cek Qrilişi Almaniyayaaparmamaq qərarına gəlib. İngiltərə qrup mərhələsində Sloveniya,Danimarka və Serbiya ilə mübarizə aparacaq.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford(“Everton”), Aaron Ramsdeyl (“Arsenal”);

Müdafiəçilər: Lyuis Dank (“Brayton”), Mark Quehi (“KristalPelas”), Ezri Konsa (“Aston Villa”), Co Qomes, ( “Liverpul”), LyukŞou (“Mançester Yunayted”), Kieran Tripye (“Nyukasl”), Con Stouns,Kayl Uoker (hər ikisi “Mançester Siti”);

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold, (“Liverpul”), KonorQallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Adam Uoton(“Kristal Pelas”), Deklan Rays (“Arsenal”);

Hücumçular: Cud Bellinqem (“Real”, İspaniya), Carrod Bouen(“Vest Hem”), Ebereçi Eze (“Kristal Pelas”), Fil Foden ( “MançesterSiti”), Entoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”,Almaniya), Koul Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal”), İvanToni (“Brentford”), Olli Uotkins (“Aston Villa”).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dəkkeçiriləcək.

Избранный
413
2
az.trend.az

10Источники