RU

U-21 millimizə yeni futbolçu dəvət aldı

Bakıda təlim-məşq toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə (U-21) daha bir futbolçu cəlb edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi”nin oyunçusu Rəvan Kazımov da millinin düşərgəsinə dəvət olunub.

Xatırladaq ki, U-21 millimiz iyunun 7-də Slovakiya yığması ilə qarşılaşacaq. Bratislavadakı Senec Məşq Mərkəzində baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. İyunun 11-də isə Azərbaycan millisini Bolqarıstanla yoldaşlıq görüşü gözləyir. Mərdəkadankı “Dalğa Arena”da keçirəcək bu oyuna isə saat 20:00-da start veriləcək.

Избранный
243
22
arena.az

10Источники