RU

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsindən Qəzzaya yardım - Domeniko

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (HMKİ) ərzaq, su və dərman vasitələri olan 20 yük avtomobilinin Misirin Rəfah nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına yola düşdüyünü təsdiqləyib. Azadmedia.az xəbər verir ki, bu barədə HMKİ-nin Fələstindəki ofisinin direktor müavini Andrea di Domeniko bildirib. Qeyd edək ki, onun sözlərinə görə, Misirin Qırmızı Xaç Komitəsi Qəzzaya yardımın çatdırılması əməliyyatına rəhbərlik edir. Ancaq A.Domeniko bu yardımın 2,3 milyon fələstinli üçün yetərli olmayacağını qeyd edib.

Избранный
257
10
azadmedia.az

10Источники