RU

25 nəfəri öldürdü, xaricə qaçdı - Polis araşdırır

1990-cı illərdə ABŞ-ın İndiana ştatında yaşayan evli və üç uşaq atası Herb Baumeister tərəfindən törədilən kütləvi qətllər qan dondurmaqda davam edir.

Azerforum bildirir ki, Baumeysterin evində araşdırma aparan polis 1996-cı ildə öldürülən daha 4 adamın cəsədinin qalıqlarını tapıb. 

Cinayət işini aparan şəxslər hesab edirlər ki, Baumeister gey barlarda tanış olduğu kişiləri aldadıb, kənd evinə gətirib və orada öldürüb. Baumeisterin ən azı 25 nəfəri öldürdüyünü təxmin edir.

Qeyd edək ki, Baumeisterin uşaqlarından birinin bağda gəzərkən kəllə tapması ilə başlayan araşdırma sürətlə böyüyüb və polis 13 hektarlıq ərazidə 10 min yanmış sümük qalığının tapıldığını bildirib.
 İstintaq gedişatı zamanı Baumeister Kanadaya qaçaraq özünü öldürmüşdü.

ABŞ rəsmiləri 13 qurbanın tapıldığını və 12 qurbanın şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb.


Murad
Azerforum.com

Избранный
593
50
azerforum.com

10Источники