RU

Fransa üzr istəmək əvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir - Deputat

Bakı. Trend:

Fransa hələ də öz müstəmləkəçilik siyasətinə görə üzr istəməkəvəzinə, ölkə daxilində pozulmuş insan hüquqlarını müdafiə etməkəvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir. Hətta bununlakifayətlənməyib müxtəlif regionlarda yeni münaqişə ocaqlarıyaratmağa çalışır.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

O qeyd edib ki, Fransa bu cür təxribatlara müxtəlif formatlardacəhd edir.

“Misal üçün Fransanın Ermənistanla yeni silah müqaviləsiimzalaması sülhə deyil, yeni qarşıdurmaya xidmət edir. AzərbaycanPrezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellətelefon danışığında açıq formada dedi ki, "əgər regionda hər hansıyeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransaolacaq".

Eyni zamanda açıq deməliyəm ki, həm AŞPA-da, həm də AvropaParlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamələr Fransaməhsuludur, məhz Fransanın dəstəyi ilə həyata keçirilir.

Əlbəttə həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsasıyoxdur. Hesab edirəm ki, AŞPA və Avropa Parlamenti də özünüFransanın müstəmləkəsi kimi aparır.

Buradan AŞPA-ya, Avropa Parlamentinə azadlıq, məntiq və reallıqhissi arzu edirəm. Hər iki qurumu beynəlxalq hüququn prinsiplərinəhörmət etməyə çağırıram”, - deyə deputat əlavə edib.

Məqalədə:
Избранный
221
az.trend.az

1Источники