“Bayer 04” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyuna azarkeş marağının az olmasından narahatdır.
Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi III tur matçında tribunaların dolacağına ümid edir.
Bunun üçün hətta qarşılaşmanın bilet qiyməti də 10 avroya endirilib. Görüşə gələcək tələbələrə pulsuz içki (kola və ya su) və kepka da veriləcək.
“Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək. İki turdan sonra hər iki komandanın hesabında 6 xal var.