RU

Avrozonada inflyasiya aşağı düşür


7NEWS.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avrozonada qiymət artımı ilə bağlı sentyabr ayı üzrə yekun məlumatı açıqlayıb. Buna görə Avrozonada avqust ayında yüzdə 5,2 olan illik inflyasiya sentyabr ayında yüzdə 4,3-ə gerilədi. Avrozonada TÜFE sentyabr ayında bir əvvəlki aya görə yüzdə 0,3 artıb. Yekun məlumatlar əvvəllər dərc edilmiş ilkin məlumatları təsdiqləyir. İllik inflyasiyanın 6 ay ardıcıl olaraq azalması diqqət çəkib. Avro Bölgəsinin ərzaq və enerji məhsulları istisna olmaqla hesablanan əsas inflyasiya səviyyəsi avqustda yüzdə 5,3-dən sentyabrda 4,5 faizə enib.

7NEWS.az
Избранный
212
8
7news.az

10Источники