Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası keçirilir.
Yenisabah.az xəbər verir ki, görüşün əsas məqsədi Yaxın Şərqdəki vəziyyəti, o cümlədən regionda ağırlaşan humanitar durumu müzakirə etməkdir.
Krallığın təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Nazirin iclasda çıxışı və ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Telegram kanalımız