RU

Qəzzada daha bir jurnalist həlak oldu

İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində daha bir jurnalist həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı Es-Səftavi bölgəsində fələstinli jurnalist Məhəmməd Baluşenin evinə hücum edib.

Hücum zamanı \"Fələstin əl-Yevm” kanalının müxbiri Baluşenin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də başlayan münaqişədə Qəzzadan həyata keçirilən hücumlar nəticəsində 299-u əsgər olmaqla 1400 israilli ölüb, 3968 nəfər yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 2778 fələstinlinin həyatını itirdiyini, 10 mindən çox insanın isə yaralandığını açıqlayıb.
 
Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 13-ə yüksəlib.

Mikayıl
Избранный
593
21
azxeber.com

10Источники