RU

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

 

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

 

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

 

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

6. "20 Yanvar" dairəsində;

 

7. Babək prospekti, mərkəz istiqamətində;

 

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

9. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

 

10. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

 

12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

13. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Избранный
339
49
avtosfer.az

10Источники