Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məktubda Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədər qarşı tərəfə başsağlığı çatdırılıb.