RU

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 30 faizdən çox artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 2 170,5 min və ya illik müqayisədə 31% çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 24,1% azalaraq 247,9 min ton olub.

Избранный
304
13
sia.az

10Источники