RU

Fateh Sultan Mehmetin ən qədim portreti bu qiymətə hərraca çıxarılacaq

Tarix: 19 Mart 2024 07:20

Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olan medalyon üzərində həkk olunmuş portreti İngiltərədəki Bonhams Hərrac Evi tərəfindən 82 milyon lirəyə hərraca çıxarılacaq.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik- Türkiye" məlumat yayıb.
Açıqlamada, tunc üzərində həkk olunmuş portretin müsəlman liderin ən qədim portreti olduğu bildirilib:
"Medalyonun talisman kimi taxıldığı güman edilir".
O da vurğulanıb ki, medalyonu hazırlayan rəssamın heç bir imzası, izi yoxdur.



Qeyd edək ki, bürünc medalyon mayın 21-də hərraca çıxarılacaq.
Milli.Az

Избранный
373
44
sonxeber.net

10Источники