RU

Qazaxıstan Prezidenti sabah Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.
 
Ednews xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
 
"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.
 
Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.

Избранный
324
42
ednews.net

10Источники