Rusiya Daxili İşlər Nazirliyi amerikalı jurnalist Tom Roqanı cinayət ittihamı ilə axtarışa verib.
Bu barədə məlumat Rusiya DİN-dən bildirilib.
Rusiyada terrorçuların və ekstremistlərin reyestrinə daxil edilən amerikalı jurnalist “The Washington Examiner” jurnalında Ukraynanın Krım körpüsünü dağıtmasının zəruriliyi ilə bağlı məqalənin müəllifidir. (APA)