RU

Ermənistan “qırmızı xətt”i keçdi - Tehranda fikir dəyişdi

Ermənistan İran və Rusiyaya düşmən olan qüvvələrin məskəninə çevrilir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

Ekspertin fikrincə, İrəvanın “Qərbin çətiri” altına tələsməsi İran və Rusiyanın Ermənistana münasibətlərinin kəskinləşməsinə səbəb olub. Onun sözlərinə görə, artıq Rusiya ilə münasibətlər açıq düşmənçilik səviyyəsinə keçir.

“Ermənistan ərazisi İrana düşmən geosiyasi qurumlarla doldurulur. Faktiki olaraq İran Ermənistanı öz milli maraqlarına təhlükə kimi qəbul etməyə məcbur edilir. Tehran Ermənistanın geosiyasi mövqeyindən irəli gələn təhlükəni nəzərə alaraq, regional siyasətini Ermənistanda yaranan təhlükənin neytrallaşdırılması istiqamətində qurmağa başlayıb. Sözsüz ki, ruslar da eyni cür davranacaqlar, yəni bizi özlərinə təhlükə hesab edəcəklər.

Avropa Ermənistana Rusiya və İranın regionda təsirini zəiflətmək üçün alət kimi baxır. İran və Rusiya da Ermənistanı milli maraqlarını təhdid edən alət hesab edir, - politoloq vurğulayıb.

Abovyan hesab edir ki, Azərbaycan Ermənistanla müqayisədə Qərb və Rusiya arasında düşünülmüş siyasət aparır:

“Azərbaycan Ermənistandan fərqli olaraq həm Avropa, həm Rusiya, həm də İranla təmaslarını artırır, faktiki regional düşmənləri özündən və müttəfiqi Türkiyədən asılı vəziyyətə gətirir. Üstəgəl, Avropa Azərbaycanla enerji və logistika sahəsində əlaqələrini görünməmiş sürətlə genişləndirir.

Gürcülər də bütün regional razılaşmalarda praqmatik neytrallıq nümayiş etdirirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
227
10
teleqraf.com

10Источники