Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada səfərdə olan bolqarıstanlı həmkarı Rumen Radev ilə görüşüb.Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, görüşdə Türkiyə və Bolqarıstan münasibətləri, Ukrayna-Rusiya və İsrail-Fələstin münaqişələri ilə bağlı son hadisələr müzakirə edilib.Ərdoğan Türkiyə ilə Bolqarıstan arasında müdafiə və enerji sahələrində əməkdaşlığın artırılmasının vacib olduğunu bildirib.Bundan əlavə Türkiyə lideri Ankaranın həm Rusiya-Ukrayna, həm də İsrail-Fələstin məsələlərində münaqişələrin bölgəyə sıçramasının qarşısını almağa üstünlük verdiyini, problemlərin dialoq və sülh yolu ilə həlli üçün maksimum səy göstərdiyini qeyd edib. Daşqın HəsənovMissiya.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта