Danimarkanın baş naziri Mette Frederiksenin İnstaqram hesabında yemək paylaşımı ölkəni iki yerə bölüb. Baş nazir Frederiksen müzakirələrdən sonra açıqlama verməli olub. Bizimyol.info xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksenin İnstaqram hesabında yemək bişirməsi ilə bağlı paylaşımı edib. Danimarkanın aparıcı xəbər saytlarından biri olan "BT" Frederiksenin postunda çiy toyuq doğramaq üçün istifadə etdiyi kəsmə taxtasında soğan kəsdiyini və bunun danimarkalıların qarışıq reaksiyalarına səbəb olduğunu bildirdi. Yazı həmçinin bir çox oxucunun baş nazir Frederiksenin səhhəti ilə bağlı narahatlığına səbəb olub. Postun altında bir istifadəçi: "Yox! Siz toyuq və tərəvəz üçün eyni kəsmə taxtasından istifadə edə bilməzsiniz", - deyə yazıb. Başqa bir istifadəçi: "Hörmətli Mette, kampilobakter və salmonellaya yaxınlaşmaq istəməsəniz, heş vaxt eyni vaxtda çiy quş əti və çiy tərəvəz üçün eyni doğrama taxtasından istifadə edə bilməzsiniz", - deyə qeyd edib. Müzakirələrdən sonra baş nazir Frederiksen İnstaqram profilində bir mesaj yazaraq açıqlama verməli olub. "...Və təbii ki, soğan və toyuğun kifayət qədər qızardırılması lazımdır. Həmçinin bundan sonra həm taxta, həm də bıçaq hər dəfə istifadə etdikdən sonra yuyulub", - deyə Frederiksen açıqlamasında bildirib. Frederiksen bıçaq seçimi ilə bağlı tənqidlərə cavab verməli və doğramaq üçün istifadə etdiyi mətbəx bıçağının olduğunu bildirməli idi. "BT"nin araşdırmasına görə, Mauviel 1830 istehsalı olan biftek bıçağı 200 Danimarka Kronuna alına bilər. Qadir, Bizimyol.info Посмотреть эту публикацию в Instagram Публикация от Mette Frederiksen (@mette)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта