RU

Avropa Liqası: “Qarabağ” – “Braqa” oyununda üçüncü qol vurulub -CANLI

"Qarabağ" 103-cü dəqiqədə Mateus Silvanın qolu ilə fərqi azaltdı: 1-2.

***

"Qarabağ" - "Braqa" matçının əsas vaxtı 0-2 bitdiyi üçün matçda qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılır.

***

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə qonaqlar rəqibi cəzalandırıblar.
83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb. “Braqa” 2:0 hesabı ilə öndədir.

***

"Braqa" görüşün 70-ci dəqiqəsində Roje Fernandeşin qolu ilə hesabı açdı: 0-1.

***

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab açılmayıb - 0:0.

Избранный
226
3
ikisahil.az

10Источники