RU

Avropa Liqası: "Qarabağ" - "Braqa" oyununda hesab açılıb  YENİLƏNİB-3

Bakı, 22 fevral, AZƏRTAC

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.

22:54

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın ilk yarısında qapılara qol vurulmayıb.

22:36

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

21:45

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.

Qeyd edək ki, Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.

Избранный
163
27
azertag.az

10Источники