RU

Qərb husilərə yeni zərbələr endirib

Böyük Britaniya və ABŞ Ənsar Allah hərəkatının husi üsyançılarına dörd zərbə endirib. 




Sitat.info-nun məlumatına görə, bu barədə "Al Masirah" telekanalı xəbər verib.




Belə ki, husilər İsrail ərazisini vuracaqlarını həmçinin gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər. 
ABŞ hakimiyyəti buna cavab olaraq Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün "Prosperity Guardian" əməliyyatına başlayıb. ABŞ və Britaniya təyyarələri, gəmiləri və sualtı qayıqları Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə hücum edib. Zərbələr raketlərin və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini, həmçinin husi üsyançılarına məxsus radar stansiyalarını hədəf alıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
Türkan,
Sitat.info
 

Избранный
259
40
sitat.info

10Источники