RU

ABŞ rəsmisi Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində paylaşım edilib.

Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçiriləcək tədbirdə çıxış edəcək.


Müəllif: Teleqraf.com
Избранный
82
28
teleqraf.com

10Источники