Azərbaycanda ana ölümü baş verib.
Lent.az xəbər verir ki, hadisə Ağdaşda qeydə alınıb.
Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəlüldlü Mərdanova Nübar Qasım qızı doğuş üçün xəstəxanaya yerləşdirilib.
Üzərində qeysəriyyə əməliyyatı aparılan qadın dünyasını dəyişib.
Onun dünyaya gətirdiyi körpənin sağ olduğu bildirilir.