RU

AFFA yeni sponsor tapdı - RƏSMİ

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yeni sponsorlu müqaviləsi bağlayıb. 

Offsideplus.az xəbər verir ki, AFFA və “Rabitəbank” ASC arasında sözləşmə bağlanılıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar.

Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində futbol ailəsinin yeni üzvü olan “Rabitəbank”ın adı və loqosu əks olunacaq. 

Избранный
141
1
offsideplus.az

3Источники