Bakı. trend:
Azərbaycan xalqı sərbəst şəkildə gələcək Prezidentini seçir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasındatəşkil edilmiş 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylıseçki məntəqədə Türkiyədən olan müşahidəçi, TBMM üzvü Şamil Ayrımdeyib.
“İlk gəldiyimiz sandıqlardır. Daha öncəki seçkilərdə dəmüşahidəçi qismində iştirak etmişəm. Hər şey qaydasında irəliləyir.Azərbaycan xalqı sərbəst şəkildə gələcək Prezidentini seçir”, -deyə o bildirib.
Onun sözlərinə görə, bu seçimlərin ayrı bir özəlliyi var.
“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk dəfəseçkilər keçirir. Ona görə də Azərbaycan xalqı bu seçkiləri çoxvacib hesab edir”, - deyə Şamil Ayrım qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərinnamizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-daprezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var.Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydəalınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edənmüşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azadedilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik vəkonsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrəgəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görədaşınan qutu çatdırılacaq.